ABŞ-da məktəb yaxınlığında atışma
ABŞ-ın Kaliforniya ştatında məktəb yaxınlığında atışma olub.
Hadisə ştatın Ranço Texama şəhərciyindəki ibtidai sinif məktəbinin yaxınlığında baş verib. Naməlum şəxsin insanları atəşə tutması nəticəsində 5 nəfər həlak olub. Daha 7 nəfərin yaralandığı və onlardan 3-ünün uşaq olduğu bildirilir.
Hadisə yerində bir ədəd yarımavtomat tüfəng və iki tapança tapılıb.
Məlumatlarda o da qeyd olunur ki, atəş açan şəxs polis tərəfindən öldürülüb.
Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.
Miq.Az