İki Nyu-York polisini öldürən İsmayyil Brinslinin keçmişdə zorakılıq törətdiyi və əqli xəstə olduğu müəyyən edilib.
Vətəninfo.az-ın məlumatına görə, Nyu-York şəhəri Detektiv müavini Robert Boys bildirib ki, Brinsli qarət və təhdid əməllərinə görə20 dəfə həbs olunub.
Qeyd edək ki, ötən şənbə Bruklin şəhərində İsmayyil Brinslinin atəş açması nəticəsində polis zabiti Vencian Liu və Rafael Ramos həyatlarını itirib. O daha sonra özünü silahla vuraraq intihar edib.
Hadisədən əvvəl Brinsli İnstagram hesabında polis və hökumətə qarşı mesajlar yayaraq ağ polis tərəfindən qətlə yetirilmiş qaradərili Maykl Broun və Erik Qarnerin qisasını alacağını bildirib.
Brinsli qara dərilidir və qətlə yetirdiyi polislərdən biri Asiya, digəri Latın Amerika mənşəlidir.
Nyu-Yorkda qətl törətməzdən əvvəl Brinsli Merilend ştatının Baltimor şəhərində yaşayan qız dostuna atəş açaraq yaralayıb.
Nyu-York meri Bill de Blasio qətliamı bütün polislərə edilmiş hücum kimi qiymətləndirib. Mer polis tərəfindən öldürülən qaradərililərlə bağlı aksiyaların iki zabitin dəfninə qədər dayandırılmasına çağırıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib