ABŞ hərbçiləri İranın mövqelərini bombaladı - Baydendən əmr

ABŞ hərbçiləri İranın mövqelərini bombaladı - Baydendən əmr

ABŞ-ın Hərbi Hava Qüvvələri İraq və Suriyanın sərhəd rayonunda İran tərəfindən dəstəklənən qruplaşmaların obyektlərinə aviazərbələr endirib.

Miq.Az xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden iranyönlü silahlı qrupların Amerikanın İraqdakı mövqelərinə silsilə hücumlarından sonra aviazərbə endirmək barədə əmr verib.

"Cozef Baydenin göstərişi ilə, bu gecə ABŞ ordusu İran tərəfindən dəstəklənən silahlı qüvvələrin İraq-Suriya sərhəd bölgəsində istifadə etdiyi hədəflərə yüksək dəqiqlikli hava zərbələri endirib. İranın dəstəklədiyi qrupların ABŞ-ın İraqdakı maraqlarına qarşı davam edən bir sıra hücumlarını nəzərə alaraq, prezident bu cür hücumların dayandırılması və qarşısının alınması üçün əlavə hərbi əməliyyatlar aparmağı əmr etdi", - Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az