ABŞ-nin təklifinə İrəvandan cavab gəldi: “Ola bilməz”

ABŞ-nin təklifinə İrəvandan cavab gəldi: “Ola bilməz”
Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib

"Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz”, - deyə o qeyd edib. Dominos pizza

N. Baqdasaryanın bu bəyanatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın sözlərinə cavabdır.

"Onlar 32 kilometr yol ucabtından mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az