ABŞ prezidenti Co Bayden Ukrayna münaqişəsinə dəhşətli sonluq hazırlayır.

ABŞ prezidenti Co Bayden Ukrayna münaqişəsinə dəhşətli sonluq hazırlayır.

Publika.az xəbər verir ki, bu ittihamı Mərkəzi Kəşfiyyat Orqanının keçmiş müşaviri Ceyms Rikards "Daily Reckoning" üçün yazdığı məqalədə qeyd edib.

"Etiraf edirəm ki, çıxılmaz vəziyyətdə olan Bayden Qərbi Ukraynaya qoşun göndərəcək. Nəyin səhv ola biləcəyini təsəvvür edə bilərsiniz. Bu vəziyyət sürətlə ABŞ və Rusiya arasında indiki kimi proksi müharibəyə deyil, birbaşa müharibəyə çevrilə bilər”, - Ceyms Rikards deyib.

Onun sözlərinə görə, Ağ Ev hərbi münaqişəni ABŞ və NATO üçün ekzistensial böhrana çevirib, lakin bu, baş verməməli idi, çünki Kiyev heç vaxt Vaşinqton üçün həyati maraq kəsb etmirdi. O, həmçinin qeyd edib ki, Rusiya belə ekzistensial təhlükə qarşısında təslim olmaq niyyətində deyil.

Rikards Moskvanın münaqişədə hərbi yolla qalib gələcəyini proqnozlaşdırır, çünki hesab edir ki, Qərbin Kiyevə yardımı yalnız döyüşləri uzadacaq, nəticəni dəyişməyəcək. Onun fikrincə, bu, sadəcə olaraq qaçılmaz nəticəni gecikdirəcək və boş insan qurbanları gətirəcək.

"Birləşmiş Ştatlar silah tədarükünü dayandırmayacaq, çünki Co Bayden simasını itirməkdən qorxur və onun Viktoriya Nuland kimi ən yaxın müşavirləri Rusiyaya irrasional nifrət bəsləyirlər”,- deyib.yib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az