ABŞ prezidenti dəyişə bilər-ABŞ-ın 3 ştatında səslər yenidən sayılır

 ABŞ prezidenti dəyişə bilər-ABŞ-ın 3 ştatında səslər yenidən sayılır

ABŞ-da 8 noyabrda keçirilən prezident seçkiləri ilə bağlı ilk dəfə bir ştatda səslər yenidən sayılmağa başlanılıb.Axar.az BBC-yə istinadən xəbər verir ki, Viskonsin ştatı Seçki Komissiyası Yaşıllar Partiyasından prezidentliyə namizəd Cill Steynin tələbindən sonra bu addımı atıb.

Səslər 1 həftə ərzində sayıldıqdan sonra ictimaiyyətə açıqlanacaq. Steyn digər iki kritik ştat – Miçiqan və Pensilvaniyada səslərin yenidən sayılması üçün lazımi məbləği toplamaqda davam edir. 7 milyon dollarlıq hədəfin 5,3 milyon dolları toplandığı üçün artıq bir ştatda səslərin sayılmasına başlanılıb.

Bu üç ştatda seçki öncəsi keçirilən sorğular Hillari Klintonun öndə olmasını göstərsə də, Donald Tramp qalib gəlmişdi. Bu ştatlarda xanım Klinton qalib gəlsəydi, ABŞ prezidenti seçiləcəkdi.
Pensilvaniyada səslərin yenidən sayılması üçün son müraciət tarixi bazar ertəsi, Miçiqanda isə çərşənbə günüdür.
Steyn bu üç ştatda hərəkətə keçsə də, Klinton və Tramp tərəfdarları hələlik səssizdir.
Qeyd edək ki, bu vaxta qədər səslərin yenidən sayılmasından sonra ABŞ-da seçkilərin nəticəsinin dəyişməsi faktı qeydə alınmayıb.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az