ABŞ Quantanamo təcridxanasında saxlanan 6 məhbusu azad edərək Uruqvaya göndərib.
Vətəninfo.az-ın məlumatına görə, Pentaqon bildirib ki, 4 suriyalı, 1 tunisli və 1 fələstinli Uruqvayda qaçqın kimi qeydiyyata düşəcək. Azad edilənlərdən biri aclıq aksiyası keçirən 43 yaşlı suriyalı Cihad Diyab olub. O, rəsmilərin həbsxanada onu məcburi şəkildə yedizdirməsi ilə bağlı ABŞ məhkəməsinə müraciət etmişdi.
Bu 6 məhbusun hər biri Əl-Qaidə ilə əlaqələri olması şübhəsinə görə saxlansa da, onlara heç zaman rəsmi ittiham irəli sürülməmişdi.
Onlar ilkin olaraq bir ay əvvəl azad edilmək üçün hazır olsalar da, bürokratik əngəllər və Uruqvayda keçən ay prezident seçkiləri ilə əlaqədar siyasi narahatlıqlar köçürülməni ləngitmişdi.
Onlar Cənubi Amerikaya göndərilən ilk Quantanamo məhbuslarıdır. Hazırda Quantanamo təcridxanasında 136 məhbus qalıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib