“ABŞ Rusiyaya təzyiq edir”

“ABŞ Rusiyaya təzyiq edir”
ABŞ Suriyada bizimlə əməkdaşlığı dayandırmaq istəyir.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klinçeviç Baltik gərginliyinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, ABŞ Baltik dənizində baş verən hadisələrdən sonra Rusiyaya təzyiq etməyə çalışır:
 
"Doğrusu, bölgədə daha əvvəl də bənzər hadisələr meydana gəlmişdi. Ancaq demək olar ki, heç vaxt bu qədər sərt reaksiya olmamışdı. Nə ABŞ tərəfindən, nə də bizdən. Bu işdə başqa bir şey olduğundan qətiliklə əminəm. Qorxuram, ABŞ Baltik gərginliyini başqa sahələrə yönəltsin. Suriyada bizdən qlobal güzəşt gözləyə bilərlər. Yaxud, Suriyada bizimlə əməkdaşlığı ciddi şəkildə dəyişdirməyi düşünə bilərlər”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az