Ağcabədinin icra başçısı "fətva" verdi-”Əhali yığışaraq onu daş qalaq etsin” - Audio

Ağcabədinin icra başçısı

Ağcabədi rayonunda icra başçısı Şahin Məmmədovla sakinlərin görüşünün səs yazısı yayılıb. Səs yazısında dövlət tərəfindən rayonun sosial-iqtisadı inkişafı üçün ayrılan milyonlarla vəsaitin necə xərclənməsi ilə bağlı icra başçısının maraqlı fikirləri yer alıb. Miq.az  saytı  xəbər verir ki, 09 mart 2016 cı ildə icra başçısı, Ağcabədi rayonunun Şənlik kəndinə əhali ilə görüşməyə gedib.

Bu görüşdən cumhuriyyet.az-a göndərilən səs yazısında Şahin Məmmədov kənd əhalisinə deyir ki, onlara içməli su və təmir olunmuş yol lazımdır: "İcra başçısı bildirib ki, kimin nəyinə lazımdır ki, hansısa işə nə qədər pul ayrıldığını öyrənməyə cəhd etsin. Bu pullar kiminsə dədəsinin deyil ki, narahat olsunlar. Əgər mən bu pullara tamah salmıramsa, siz niyə tamah salırsınız? Ən maraqlısı isə bu olub ki, Şahin Məmmədov əhaliyə deyib ki, bura gəlib işləmək istəyən təşkilatlar yazı-pozudan qorxur. Əgər bir də bu kənddən kimsə, hansısa şikayət dolu yazını yazıb mətbuata ötürsə onu əhali yığışaraq daş qalaq etsinlər”.  
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az