Ağdam istiqamətində düşmən itki verdi

Ağdam istiqamətində düşmən itki verdi

Ermənistan işğalçı qüvvələrinin komandanlığının yaydığı məlumata görə ötən gecə təmas xəttində baş vermiş atışmalarda bir erməni əsgəri öldürülüb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, insident yanvarın22-də gecə yarısına yaxın baş verib. Təmas xəttinin şərq istiqamətində (Ağdam) 1995-ci ildə anadan olmuş erməni hərbçisi Karen Maratoviç Ulubabyan ölümcül yara alıb. Bu, erməni qüvvələrinin son bir neçə gündə rəsmən təsdiqlədikləri 3-cü itkidir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, düşmən ötən gecə ordumuzun mövqelərini atəşə tutub, düşmənə qarşı cavab tədbirləri görülüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az