Ağdam sakini rayon rəhbərliyini İTTİHAM edir- FOTOLAR
Ağdamın Ayaqqərvənd kənd sakini Hüseyn Səlimov Miq.Az-a müraciət edib. Hüseyn Səlimov bildirir ki, yaşadığı kənd təmas xəttinə yaxın yaşayış məntəqəsidir. Bu kənd də erməni silahlı birləşmələri tərəfindən iri çaplı silahlarla intensiv atəşə tutulur. Nəticədə onun yaşadığı ev qəzalı vəziyyətə düşüb. "İcra nümayəndələri evə baxış keçiriblər və qəzalı olduğunu deyiblər. Lakin Ağdam Rayon İcra Hakimiyyəti bununla bağlı heç bir tədbir görmür. İcra başçısının birinci müavini müraciətimə cavab olaraq bildirib ki, sizin evdə qəzalı vəziyyət aşkar edilməyib”,- deyə Hüseyn Səlimov yazır.
Şikayətçi bildirir ki, təmas xəttinə yaxın yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin atəşi nəticəində qəzalı vəziyyətə düşən evlərin bərpası üçün dövlət büdcəsindən pul ayrılır. "Bəs pullar hara gedir? Mənim evim qəzalı vəziyyətdə ola-ola tədbir görmürlər. Əvvəl dedilər ki, ümumiyyətlə bu məsələyə baxmırıq. Sonra gördülər şikayət edirəm, dedilər ki, evin qəzalı deyil. Öz ciblərindən eləmilər ki, dövlət pul ayırıb da”, - deyə Hüseyn Səlimov əlavə edib.
Miq.Az