Vətəninfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası”nın Qarabağ düzənliyində - Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən İsmayılbəytəpə neolit dövrü yaşayış yerində apardığı qazıntılar zamanı xeyli sayda arxeoloji mədəniyyət nümunələri - yaşı səkkiz min ilə yaxın olan tikili divarları, sapand daşları və təsərrüfat küpləri aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, abidədə aparılmış arxeoloji qazıntılar zamanı 400 kv.m sahədə e.ə. VI minilliyin I yarısına aid olan memarlıq nümunələri üzə çıxıb. “Qarabağ neolit-eneolit ekspedisiyası”nın rəhbəri arxeoloq, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədov bildirib ki, aşkar edilən artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz neoliti üçün bir yenilik hesab olunur. Düzbucaqlı plan quruluşuna malik olan tikili qalığı iki otaqdan ibarətdir, samansız çiy kərpiclə inşa edilib.
Qazıntı zamanı tapılan maraqlı tapıntılar arasında həcmi ənənəvi ölçülərdən daha böyük olan iki təsərrüfat küpü və 52 ədəd böyük sapand daşıdır. Arxeoloji tapıntıların bərpası üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin sözlərinə görə, aşkarlanan arxeoloji mədəniyyət nümunələrinin qalıqları bərpa olunmaq üçün yerli mütəxəssislərin ixtiyarına veriləcək. Qazıntı işləri ilə yanaşı mütəxəssislər Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində 30-dan çox arxeoloji abidəni elektron qeydiyyata alaraq xəritələşdiriblər.
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ