Ağdərənin Talış kəndində evlərə və dəyirmana od vurulub

Ağdərənin Talış kəndində evlərə və dəyirmana od vurulub

Dağlıq Qarabağdakı qondarma rejimin "istintaq komitəsi” işğal altındakı Ağdərə rayonunun Talış kəndində, qoşunların təmas xəttinin yaxınlığında bir neçə evə və dəyirmana od vurulduğunu bildirir. Məlumata əsasən naməlum şəxs və ya şəxslər 7 yaşayış evini, digər  3 tikilini, habelə yerli dəyirmanı yandırıb. Hadisə ilə bağlı araşdırma aparılır.

2016-cı ilin aprel müharibəsi zamanı Talış kəndi istiqamətində şiddətli döyüşlər gedib, Azərbaycan xüsusi təyinatlıları kəndə daxil olsalar da daha sonra hücum əməliyyatı dayandırılıb. Kənd hazırda Azərbaycan ordusunun mövqelərinin nəzarəti altındadır. /Virtualaz.org/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az