ADİL QEYBULLA sakinləri DİQQƏTLİ OLMAĞA çağırıb

ADİL QEYBULLA sakinləri DİQQƏTLİ OLMAĞA çağırıb

Respirator virus vərəm və digər xəstəliklərə yol aça bilər

Respirator virusun qarşısının alınması üçün Səhiyyə Nazirliyinin profilaktikalarından əlavə əhali özünü bu virusdan qorumalıdır.
Bu sözləri Sherg.az-a Səhiyyə Nazirliyinin "ölkədə kəskin respirator virus infeksiyaları yayılır" xəbərdarlığına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla söyləyib. 

Onun sözlərinə görə, hazırda, insanların qrip hesab etdiyi respirator xəstəliklər geniş yayılıb: " 
Bu virusun əsas mənbəyi immunitet zəifliyi, soyuqdəymə və yuxarı tənəffüs yollarının iltihabıdır. Güclü inkişaf etdikdə virus vərəmin və digər xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Virus yoluxucu olduğundan qrup daxilində, insanların toplandığı ictimai yerlərdə maskalardan istifadə etmək vacibdir. Həmçinin geyimə, qidalanmaya və sağlam həyat tərzinə diqqət edilməlidir. Bədənin vitamin ehtiyatını və immunitetini gücləndirmək xəstəliyə qarşı dözümlülüyü artırır".
Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkədə kəskin respirator virus infeksiyalarının yayılması barədə məlumat verib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az