Ah Avropa…Avropa…

Ah Avropa…Avropa…
Şam işığında qələmimi aldım əlimə və yazmağa başladım.Niyə şam işığında desəniz?-Romantikalıq heç nə yoxdur ,işıqları söndürüb məni ,şam işığına möhtac qoyan işbazların əməlidir.
Yadıma çox sevilən, rəhmətlik Osman F.Seden-in əsəri "Çalı quşu” filmi düşdü. "Ah Avropa,ah Avropa…"- deyə fəryad edən,millətinə.dininə. xor baxan nadan və bu nadanlığın qarşısında susan Fəridə…

Azadlıq carçıları:İndi gələk bizim azadlıq carçılarımıza.Demokratiya şüarı altında Avropa aşiqlərinə, qarışqadan fil düzəltməyi bacaran,oda su ilə deyil də körüklə gedən azadlıq carçılarına… Azərbaycanda insan haqqlarının tapdalandığını car çəkərək,öz gözündə ki.tiri görməyən,başqasının gözündə çöp axtaran Avropa və Avropaya dəstək qrupu məqsədyönlü şəkildə ölkəmizi viran qoymaq istəyənlərdir. Azərbaycanın inkişafı: Hələ məktəb illərindən coğrafiya fənnini oxuyarkən,-Azərbaycanın inkişaf etməmiş ölkələr sırasında olduğunu gördüyüm zaman-,belə sürətlə inkişaf edəcəyinə , az bir zamanda inkişaf etmiş dövlətlər sırasına çıxacağına(təbii ki,qıraq bucaqda qalan dağılmış viran yolları istisna etməklə)inanmazdım.Əlbəttə ki,bu inkişafımız təbii sərvələrimiz və idarəçiliyi mükəmməl şəkildə davam etdirən,dövlət başçımız sayəsindədir.Hal-hazırda sürətli inkişafımıza bütün dünya şahiddir.Lakin,gözü götürməyənlər və bizi içimizdən parçalamaq istəyənlər də az deyil. Gələcəyə ümüd: Bilirəm,bu yazıları oxuyarkən 20% işğal altında ki,torpaqlarımızı nəzərimdən qaçırdığımı düşündünüz.Xeyir,ölkəmin bir qarşını da unutmaram və unutmadığınıza da əminəm.Ölkəmiz inkişaf etdikcə odumuz da inkişaf edəcəkdir.Əlbət bir gün şəhidlərimizin qisası,torpaqlarımızın isə hər qarışı mənfur düşmənlərdən azad ediləcəkdir. İnsan hüququ maketi: Avropanın üzdə nümayiş etdirilən,aldadıcı maketi,insan haqları müdafiə konqresi Azərbaycanı öz hədəfinə çevirdiyi danılmaz faktdır.Bu yaxınlarda yenə azadlıq carçılarına bir göz atdım.Nə görsəm yaxşıdır?-Bizə qonaq olan Avropalılar Avopa oyunlarının yüksək səviyyədə keçirildiyini deyil də işsizliyin baş alıb getməsini guya bizim ölkədə insan hüquqlarının tapdalanmasını qeyd ediblər.Necə deyərlər?-İçim özümü,çölüm özgəsini yandırır. İnsan hüquqları deyib car çəkən Avropa ölkələrini nə qədər ki,dağ başına qaldıracağıq,o qədər də özgə aşının duzu olacağıq.Bu yaxınlarda bir neçə xəbər sözün əsl mənasında içimi yandırdı.Suriyalı miqrant körpənin Bodrum sahilində,yayımlanan cansız cəsədinin heçmi insan hüquqlarına aidiyyəti yoxdur?-Bir heyvanın hüququnu qoruyan avropalılar müsəlmanları insan saymırlarmı? O məsum körpənin günahı nə idi? Göstərin insan hüquqlarını, ay azadlıq carçıları yazın bu haqsızlıqları,yazın Xocalıda başına hər cür işgəncələr gətirilmiş günahsız körpələri,yazın insanları kölə kimi alıb satanları. Bu qədər yazmağa faktlar varkən bizim ölkəni qarışdırmağa çalışmayın.Körpəsi qorxmasın deyə onu sinəsinə bərk- bərk sıxan miqrant atanın ayağına çəlmə taxıb yıxan jurnalistdən yazın,günlərlə ac qalan,sığınacaq tapa bilməyən insanlara qarşı qərb siyasilərinin sayğısızlığını yazın.Macar polisləri tərəfindən bibər qazı atılaraq qaranlığa məhkum olan gəncdən yazın.Avropanın insan haqqlarını müdafiə etdiyini söyləyən və heç bir haqq tanımayan,Azərbaycanıma xor baxan,özlərini müxalif elan edən azadlıq caçıları,yoxsa ara qaışdıranlarmı desəm bilmirəm.Bildiyim bir şey var.Hər qaranlıq gecənin bir gündüzü olduğu kimi,vətənimizin də işıqlı sabahı inşallah tezliklə açılacaqdır. Fatimə Mövsüm

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az