Aİ Rusiyadakı səfirini geri çağırır

Aİ Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı "Skripalın işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb.

APA-nın məlumatına görə, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib.

"Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az