"Ailəmizə şər atırlar, şayiə yayırlar"
Ailəsi ilə bağlı mətbuatda yayılan xəbərlərə Z.Xanlarovanın oğlu Ramal Babayev münasibət bildirib.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər
verir ki, R.Babayev belə bir hadisənin baş
vermədiyini, mətbuatda yazılan xəbərlərin şayiə olduğunu deyib:
"Bunlar
hamısı yalan söz-söhbətlərdir. Heç kəs belə şayiələrə inanmasın.
Ailəmizə şər atırlar. Mətbuatda çıxan yazıları mən özüm də oxudum. Orada
qeyd olunub ki, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb, onların da
bu hadisədən xəbərləri yoxdur. Doğurdan da, belə bir hadisə olmayıb.
Kimsə boş-boş şayiələr yayır. Bilmirəm kimin həyat yoldaşından söhbət
gedir, amma biz belə hadisə ilə rastlaşmamışıq. Ailəmizdə hər kəs öz işi
ilə məşğul olur. Ona görə də, narahat olmağa heç bir əsas yoxdur”.
Xatırladaq
ki, yayılan məlumatlara görə, millət vəkili Zeynəb Xanlarovanın gəlini
ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında qarşıdırma olub.
Belə ki, bu gün saat 23 radələrində "Monte Kristo” şadlıq
evinin qarşısında hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin
önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək
istəməyib. Məlumata görə, 5-ci polis bölməsinin rəisi sükan arxasında
içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və
nalayiq hərəkətlər edib.
Münaqişə böyüdüyündən Zeynəb
Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq
artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.