Akif Çovdarov azadlıqda - Foto

Akif Çovdarov azadlıqda - Foto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlıqdakı görüntüsü yayılıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan A.Çovdarov iki həftəlik karantin müddətindən sonra aprelin 21-də doğmalarına qovuşub. O, ötən gün vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovla görüşərək birgə foto çəkdirib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.

Xatırladaq ki, A.Çovdarov Prezident İlham Əliyevin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az