Allahşükür Paşazadə Mənsimovun atasının yasına qatıldı - FOTO

Allahşükür Paşazadə Mənsimovun atasının yasına qatıldı - FOTO


Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki üz verib.


M.Mənsimovun atası Qurban Məcid oğlu Mənsimov vəfat edib. Mərhumun cənazəsi ötən gün dəfn üçün Bakıya göndərilib.


Bakupost.az xəbər verir ki, bu gün Bakıda Heydər məscidində Qurban Mənsimovun üç mərasimi təşkil olunub.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az