"Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var


Bakıda qaz sızmasından partlayış olub.

Miq.Az-ın məlumatına görə, hadisə Səbail rayonunda, "Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az