Analara hədiyyə – “QIZIL PUL”

Analara hədiyyə – “QIZIL PUL”

Türkiyədə uşağı olan ailələrə övladlarının sayına görə,  dövlət “qızıl pul” ödəyəcək. Simsar.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, türk vətəndaşlarına canlı doğulan ilk uşaq üçün 300 TL ikinci uşaq üçün 400 TL, üçüncü və sonrakı uşaqları üçün 600 TL miqdarına bərabər yardımla doğuş köməyi ediləcək. Qanuna görə, ailələrə ödəniləcək pulun verilməsində fasilə yaranmayacaq, valideynlər veriləcək yardımdan yalnız uşaqlarının təlabatları üçün istifadə edəcəklər.
Bu yardım yalnız türk vətəndaşı olan ana və ataya, şamil edilib. Beləliklə, üç uşaq sahibi olan hər bir ailənin alacağı pul isə 1300 TL olacaq.
Ödəniləcək pulun miqdarını hökumət istərsə artıra bilər. Alilələrə veriləcək ödənişlərin verilmə qaydası Ailə və Sosial Siyasət Nazirliyi tərəfindən təyin ediləcək. Adı çəkilən yardımdan xarici ailələr də faydalanacaq. Əgər ana atadan biri xarici digəri  isə Türkiyə vətəndaşıdırsa o zaman  yardım türk vətəndaşı olana veriləcək.

Ailə Paketinin ikinci mərhələsinə əsasən,  analar  uşaq sayına görə, ilk uşaqda 2, ikinci uşaqda 4 və üçüncü uşaqda 6 ay olmaqla yarım gün işləmək imkanı əldə etmiş olacaqlar.

Bu dövrdə analara əməkhaqqlarının bir hissəsi işlədikləri yerdən qalan qisim isə İş-Kurdan (Türkiyə Biznes Qurum) veriləcək. Məmurlar isə uşaq sayı neçə olur olsun  bu haqqı 6 ay müddətində istifadə edə biləcək.

Övladlığa uşaq götürülməsi istisna olmaqla  ödənişli və ödənişsiz doğum icazələrindən  faydalanılacaq. Yarımçıq doğuşlarda analıq məzuniyyəti  9 aya (40 həftə) keçiriləcək. Doğuş müddətində atalar üçün verilən 3 günlük icazə 5 günə çıxarılıb.

Ana övladı ibtidai məktəbə başlayana yəni, 5.5 yaşına qədər müddətli işləmə  haqqına sahib olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az