Anar Həsənov: "Bəli, mən artıq "Lider" telekanalında işləmirəm"
LiderTV-nin müxbiri Anar Həsənov işdən çxarılıb
Jurnalist işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib
"Bəli, mən artıq "Lider” telekanalında işləmirəm". Bunu AzadlıqRadiosuna "LiderTV”nin Rusiya müxbiri Anar Həsənov deyib. Jurnalist başqa heç bir açıqlama vermək istəmədiyini bildirib.
Bir neçə gün öncə Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergey Lavrova "Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" sualına Lavrov "Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil" cavabını vermişdi.
JURNALİSTİ SƏFİR İŞDƏN ÇIXARTDIRIB?
Yerli media yazır ki, jurnalistin bu sualı siyasi dairələrdə narahatlıq yaradıb. Hətta jurnalistin işdən çıxarılmasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da adı hallanır.
Moskvada çalışan, adlarının çəkilməsini istəməyən bir neçə azərbaycanlı jurnalist də bu sualdan sonra Anar Həsənovun Polad Bülbüloğlunun təqdimatı ilə işdən çıxarıldığını bildirib.
AzadlıqRadiosunun müxbiri "Lider” telekanalı və Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayıb. Telekanaldan bildiriblər ki, bazar günü olduğundan hər hansı suala cavab verə bilməzlər. Azərbaycanın Rusiyadakı səfirliyindən də telefon zənglərinə cavab verilməyib.
Miq.Az