Anasının böyüdüyü kəndi alıb, sonra Şəhid oldu

Anasının böyüdüyü kəndi alıb, sonra Şəhid oldu

Cəfərov Vüqar İnşallah oğlu  23 mart 1991-ci ildə Nizami rayonunda anadan olub. DİN-nin Daxili Qoşunlarında  XTD-də 10 il qüsursuz xidmət edib.

Cəbrayıl-Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Qardaşı Hacı Cəfərov İnşallah oğlu Miq.az saytı və Səngər səhifəsinə verdiyi məlumata görə, qardaşı Cəfərov Vüqar anasının doğulub boya- başa çatdığı Cəbrayıl rayonu, Məzrə kəndinin işğaldan azad olduğu gün şəhid olub.

Qardaşı bizimlə söhbətində igidimizin digər qəhrəmanlıqlarından da danışdı:

"Vüqarın döyüş yoldaşlarının verdiyi məlumata görə, qəhrəmanımızın öldürdüyü ermənilərin içərisində "Vəhşi" ləqəbli Xocalı soyqrımı iştirakçısı olmuş, düşmən polkovniki də olub. 

Xocalının qisasını alan qəhrəman şəhidimiz sinəsindən iki güllə yarası almağına baxmayaraq, düşmənə doğru irəliləyir. Yaxın məsafədə mövqe tutub əlindəki PK-nı sinəsinə dirəyərək 20 dən çox düşməni məhv edib.

...9 ay idi ki, nişanlanmışdı"

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az