And içmişəm bugün döyüş olmasın və ya koroğlunun qorxaqlığı....

And içmişəm bugün döyüş olmasın və ya koroğlunun qorxaqlığı....

Koroğlu eyforiyası yüz illərdir bu millətin qafasında dolaşır. Adına qəsəbə, küçə, prospekt verdik, filmlər çəkdik, şeirlər həsr etdik, heykəlini ucaltdıq və.s. Zaman-zaman bəyənməyənlər oldu Koroğlunu.

 Oldu olsunda, onsuz da onu unutmağa imkan vermirlər. Heykəli də bir yandan onu sevməyənlərə göz dağı olub.

 Axı bu Koroğlu kimdi? Cəsur, igid, müştəbeh, qorxaq yoxsa kim? Koroğlu dastanını oxuduqca bir vaxtlar onu sevdirdikləri üçün içimdən müəllimlərini yağlamaq keçir. Deməli belə, uzun uzadı danışmayım qısaca bəzi yerlərdən bəhs edək. Kor olmuş atasının gözü açıla bilərmiş. Amma 7ildən bir coşan bulağın suyu ona məlhəm ola bilərmiş. Bədbəxt Alı kişi naçar 7il bu anı gözləyir. Nəhayət həmin məqam çatır. O da Koroğlunu(Rövşəni) göndəririr ki a bala,get sudan gətir. Canına döndüyümə su o qədər ləzzət edirki başlayır bulaqda çimməyə, başına çəkib görməmiş kimi içməyə. Bir sözlə kayf tutmağa. Sonucda su quruyur. Yazıq Alı kişi də kor qalır. Dözmür ürəyi partlayır. Atasını belə sevməyən, onu düşünməyən, kayfını öz ailəsindən üstün tutan bir şəxsin xalq sevgisinə inana bilirsiniz? Əgər yenədə hə deyirsinizsə mənim sizə sözüm yox.

     Yeddi qazan aş yeyən, şərabı bulaq suyu kimi başına çəkən, nə bilim nə. Allah köməyiniz olsun, bu cür acgözü doydurmaq olar? Yazıq osmalı imperiyası neyləsin, 5-10 koroğlu olsa ölkə aclıq çəkərdə. Yanında da ağıllı başlı bir dəli də olmadı ki desin ayə koroğlu, insafın olsun, adamın atası kor olanda nə olar?

    Koroğluyla bağlı olduğu yazılan cəlalilər hərəkatına qısaca baxaq. Adından bəh-bəhlə bəhs edilən dastanda adı keçən Dəli Həsənin satqın və şərəfsiz olduğunu bilirdinizmi? Deməli Dəli Həsən yol kəsənlik edir, camaatı soyuraq,  Osmanlı kimi imperiyanın şərəfsiz övladına çevrilmişdi. Onu saraya dəvət edirlər dərdini söyləsin.  O da saraydan vəzifə istəyir. Bəli xalq üçün nəsə yox, məhz özüyçün vəzifə. Beləliklə Dəli Həsən vəzifəyə görə dəlilərini saraya satır özü isə Bosniyaya 1603-cü ildə vali təyin olunur. Ola bilərki Dəli Həsən ona irad tutanlara  bacarana can qurban deyimini söyləyirmiş. Gördünüzmü, xalq adından savaşanların əslində mahiyyəti necə görünür. 1607-ci ildəsə Dəli Həsən Bosniyanı çalıb talaması, xalqdan gələn şikayətlər sultanı qəzəbləndirir və o edam olunur.

  Maraqlı epizodlardan biri Koroğlunun döyüşüdü. Harda özündən güclü görürdü və ya tək olurdu sazı sinəsinə alıb deyirdi and içmişəm bugün döyüş olmasın. Ay yalansa sənə nə deyim. Özündən zəifi görən kimi başını üzürsən,amma...

   Mən hələ Çənlibeldə dəlilərin çıxdığı hoqqalardan danışmıram.

   Əgər kimsə yenə durub desəki Koroğlu yaxşıydı ətrafı pis...

    Nə isə Koroğludu da,yola verin getsin...

Emin Piri



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az