Ankara və Taliban arasında şok danışıqlar: “Ərdoğan öz sözünü deyib”

Ankara və Taliban arasında şok danışıqlar: “Ərdoğan öz sözünü deyib”

ABŞ Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanının təhlükəsizliyini təmin edən Türkiyəyə təşəkkür edib.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın jurnalistlərə açıqlamasında bildirilib.

Kabil hava limanının istismarı ilə əlaqədar Talibanla Türkiyə arasında danışıqların getdiyi barədə sual verildikdə Prays bu məsələyə toxunmadan Ankaranın prosesə çox müsbət töhfələr verdiyini deyib.

"Türklər hava limanında konstruktiv rol oynadılar. Bu məsələ Prezident Baydenlə Prezident Ərdoğan arasında müzakirə olunan mövzulardan biri idi. Həmid Kərzayi Beynəlxalq Hava Limanında oynadıqları rola görə türklərə minnətdarıq. Prezident Ərdoğan da bu mövzuda bəzi açıqlamalar verdi, mən də məsələni burada bitirim”, - qurum rəsmisi qeyd edib.

Dünən rəsmi Ankara və Taliban arasında Kabil hava limanının istismarı ilə bağlı danışıqların getməsi haqda məlumat yayılıb. Məlumata görə, Taliban Türkiyəyə hərbi qüvvələrini çıxardıqdan sonra Kabil limanının işlədilməsini təklif edib. Ankaranın Talibana hansı cavabı verdiyi məlum olmasa da, tərəflər arasında danışıqların getdiyi deyilib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az