Anlaşma bu tarixdə başa çatacaqdı, amma... – Putindən ŞOK QƏRAR

Anlaşma bu tarixdə başa çatacaqdı, amma... – Putindən ŞOK QƏRAR

Rusiya Prezidenti Vladimir Putinin komandanlığı altında ballistik raketlərin təlimi keçirilib.

Miq.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada Strateji Nüvə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının iştirakı ilə böyük bir təlimin keçirildiyi bildirilib.

Təlimin Rusiya Prezidenti Vladimir Putinin komandanlığı altında həyata keçirildiyi, Arxangelskdəki Plesetsk Kosmik Bazasından və Barents dənizindən ballistik və qanadlı raketlərin atıldığı deyilib.

Təlim zamanı əvvəlcədən təyin edilmiş hədəflərin Ukrainka Hava Bazası və Engels Hava Bazasından havaya qalxan "Tu-160” və "Tu-95MS” bombardmançı təyyarələri tərəfindən vurulduğu bildirilib. Bundan əlavə, təlimdə Rusiyanın Komi Respublikasındakı Pemboy və Kamçatka ərazilərindəki Kura təlim poliqonlarından ballistik raketlərin atıldığı qeyd edilib.

Təlimlərin hamısının uğurla başa çatdığı bildirilsə də, hazırda Rusiya və ABŞ arasında danışıqların getdiyi Strateji Hücum Silahlarının Azaldılması Sazişi (START-3) 5 fevral 2021-ci il tarixində başa çatacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az