Anna Akopyan bunkerdə bağırırdı ki... - Minasyan

Anna Akopyan bunkerdə bağırırdı ki... - Minasyan

Noyabrın 4-ü saat 6-da Şuşa artıq erməni şəhəri deyildi.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan paylaşıb.

"Şuşa səhər saat 5-ə artıq əldən çıxmışdı. Mən deməyəcəyəm ki, niyə Nikol Paşinyan və Anna Akopyan Serj Sərkisyanın itirdiyi torpaqları geri qaytardıqlarını göstərmək üçün Lələ Təpənin ələ keçirilməsi barədə əmr veriblər. Mən deməyəcəyəm ki, Anna Akopyan bunkerdə "5000 nəfər ölsə belə biz Lələ təpəni qaytaracağıq” sözlərini necə qışqıraraq deyib”, – deyə o bildirib.

Minasyan həmçinin Rusiyadan Ermənistana müharibə dövründə göndərilən külli miqdarda silahın Qarabağa çatmadığını söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az