Anna Akopyandan şok: Rusiya düşmənimizdir

Anna Akopyandan şok: Rusiya düşmənimizdir

Separatçı deputat Metakse Akopyan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı sensasion iddia irəli sürüb.

Miq.Az xəbər verir ki, o, Xankəndidə II Qarabağ müharibəsi öncəsi Anna Akopyanın "parlament deputatları” önündə çıxış edərək, Rusiyanın Ermənistanın düşməni olduğunu dediyini bildirib.

Onun sözlərinə görə, Akopyan "parlament” qarşısında "Özündən bir əsr boyunca müttəfiq obrazı yaradan dövlət (Rusiya) əslində bizim müttəfiqimiz deyil. Bu situasiyaya biz onların ucbatından düşmüşük və onlar hətta müttəfiqdən çox, düşmənlərimizdir. Biz Qərbə doğru hərəkət etməliyik” sözlərini söyləyib.

Metakse Akopyan Anna Akopyanın oxşar siyasəti müharibə dövründə də davam etdirdiyini deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az