Aparıcı boşandığı əri ilə öz verilişində üz-üzə gəldi - FOTO

Aparıcı boşandığı əri ilə öz verilişində üz-üzə gəldi - FOTO

Bu gün "Lider" telekanalında yayımlanan "Tezdən oyan" verilişində maraqlı an yaşanıb. 

Miq.Az-ın axşam.az-a istinadən məlumatına görə, proqramın aparıcısı Könül Muxtarovanın qonağı bir müddət əvvəl boşandığı aktyor həyat yoldaşı Elçin Məmmədov olub. E.Məmmədov "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynli ilə bağlı çəkilən filmdə rol alıb. Veriliş boyunca Elçin aparıcının ekran işi ilə bağlı suallarını cavablandırıb. 

Xatırladaq ki, Könül və Elçin 2012-ci ildə ailə qurub. Ötən ilin oktyabrında isə rəsmi boşanıb. Cütlüyün İnci adlı bir qız övladı var.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az