“Apteklərdə nisyə dəftərləri olmamalıdır” - Deputat
"Apteklərdə nisyə dəftərləri olmamalıdır”.
Bunu Milli Məclisin deputatı Etibar Əliyev Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, bəzən apteklərdə nisyə dəftəri görür:
"Belə hal olmamalıdır”.
Deputat həmçinin dərman vasitələrinin bahalığından narazılıq edib:
"Aldığımız dərmanlardan beşindən üçü məhz Türkiyə istehsalıdır. Son zamanlar şəkər xəstəliyi ilə bağlı istehsal olunan dərmanlardan biri Türkiyə aptekində olur. Əvvəl qiyməti 125 manat idi. Sonra bu barədə feysbukda yazdım ki, bahadır, ala bilmirik, qiymətini 75 manata endirdilər. Yenə də baxırıq ki, Türkiyədəki qiymətdən 2,5 dəfə çoxdur”./ReportDeputat iclasa dərman gətirdi
"Apteklərdə nisyə dəftərləri görürük. Bu dövrdə nisyə dəftəri olmamalıdır”.
"Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev Səhiyyə komitəsinin iclasında bildirib.
"Özümlə bura dərman gətirmişəm. Qiyməti 35 manat olan dərman bağırsaq florasına faydalıdır. İçliyi oxuyuram (deputat dərman içliyini oxuyur – red.) yazılıb ki, dərman vasitəsi deyil, qida əlavəsidir. Xəstəliklərin müalicəsi üçün istifadə oluna bilməz. Bəs nə üçün istifadə olunmalıdır?! Sadə vətəndaş bu içliyi oxuyub bir çox sualla qarşı-qarşıya qalır”, - deyə deputat vurğulayıb.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov isə bildirib: "Apteklərdə dərmanların nisyə satılması biznes vasitəsidir. Buna Səhiyyə Nazirliyi qarışa bilməz”.