Araz Hacıyev: “Mətbuat mənim üçün həyat eşqidir”

Araz Hacıyev: “Mətbuat mənim üçün həyat eşqidir”

"Mətbuata gəlişim üçün anama minnətdaram "

Vətəninfo.az saytının müxbiri, fotoqraf-dizayner Araz Hacıyev ad gününün sevincini yaşayır. Onu da qeyd edək ki, Arazın ad günü anası Xatın xanımla eyni aya düşdüyündən, ikisi birlikdə ad gününü qeyd edəcək. Arazın Vətəninfo.az saytına açıqlaması: “Uşaq yaşlarımdan mətbuata, jurnalistikaya sonsuz marağım olub. Ancaq bu istəyimi reallaşdırmaqda çətinlik çəkirdim. Çətinlik də ondan ibarət idi ki, ya gərək özünü təsdiq edib söz deyə biləsən, ya da elə yazasan ki, imzan imzalar içində seçilsin. Əgər yazılarımla, fotolarımla buna nail ola bilmişəmsə, deməli xoşbəxtəm. Mətbuata gəlişimlə bərabər eyni zamanda efirdə görünməyim tanınmağıma böyük kömək oldu. Bu gün məni həm tamaşaçılar, həm də oxucular tanıyır.

Mətbuata gəlişim üçün anama minnətdaram. Arzum budur ki, anamım bütün arzularını çin edim. Çünki anam məni böyüdənə qədər çox əzablar çəkib. İstəmirəm ki, bu gündən belə anam əziyyət çəksin. İlk oxucum elə anamdır. Çalışıram ki, yazılarımda obyektivliyə daha çox üstünlük verim. Mətbuatdan əlavə həm də bir dizayner kimi həm kitablara, həm də binalara dizayn verə bilirəm. Çalışıram ki, hər iki sahədə özümü doğruldum və sənət müəllimimin üzünü ağ edim, etimadını doğruldum. Anamın doğum gününü ürəkdən təbrik edirəm”. Sakit göründüyü qədər də dəlisov, bir qədər şıltaq, əsəbi olan Araz öz gülüşü ilə insanları ram edə bilir. Hər hansı bir addımında yanlışlığa yol verəndə, onu acılamaq istəyirsənsə, alınmır. O gülüş hər şeyi bağışlatdırır. Ali dərəcədə tərbiyyəyə malik əməkdaşımız Arazı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq. Allah nəsib etsin Arazın növbəti ad gününü öz mənzilində qeyd edək. Araz, unutma, biz Vətəninfo.az ailəsi səni çox sevirik və təzə yazı və fotolarını gözləyirik.

Alim Nəbioğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az