Ağsu kəndləri qaranlığa qərq olub

Ağsu kəndləri qaranlığa qərq olub

10 kəndin əhalisi kömək gözləyir

Agsu Elelktrik Şəbəkəsi kəndlərə verilən elektrik enerhjisini dayandırıb.  “Vətəninfo.az”a rayon sakinlərinin verdiyi məlumata görə, rayonun Ləngəbiz elektirik xətti şəbəkədən tez tez ayrılır. Bu xəttlə rayonun 10-dan artıq kəndi elektrik enerjisilə təmin edilir. Hər gun səhər saatlarında xəttə 2 saat, axsam isə 3 saat elektrik enerjisi verilir. Qalan vaxtlarda rayonun 10-dan artıq kəndi qaranlığa qərq olur. Sakinlər deyir ki, dəfələrlə müraciət olunmasina baxmayaraq, nə rayon rəhbərliyi, nə də Agsu Elelktrik Şəbəkə rəhbərliyi problemi həll etmir. Şəbəkə əməkdaşları bildiriblər ki, elektrik xəttinə elektrik verilişinin dayandırılması şəbəkə rəhbərliyinin gostərişi ilə həyata keçirilir. Nəticədə rayonun Daşdəmirbəyli, Gəgəli, Bico,Keçdiməz, Qəşəd, Ləngəbiz və digər kəndləri qaranlıqda qalır. Şəbəkə əməkdaşları sakinlərin şikayətlərini dinləmək əvəzinə, əksinə etiraz edənlərə qarşı təzyiqlər edir. Artıq 20 günə yaxındır ki, rayonun 10-dan artıq kəndi qaranlıqda qalıb. Prezidentin ölkə ərazisinin fasiləsiz elektrik enerjisilə təmin edilməsi barədə göstəriş verilməsinə baxmayaraq, Ağsu Elelktrik Şəbəkəsinin rəhbərliyi onlarla kəndi birdən birə aylarla işıqsız qoyur.  Sakinlərin veridiyi məlumata görə, şəbəkəyə müraciət edəndə təzyiqlərlə üzləşir. Şəbəkə əməkdaşları və məsul şəxsləri bildirirlər ki, sakinlərə bundan artıq elektrik enerjisi verilməyəcək. Əgər kim fasiləsiz elektrik enerjisi istəyirsə, getsin generator alsın, şəbəkə öz bildiyi qədər enerji verəcək. Şəbəkədən bildiriblər ki, sakinlər istənilən dövlət qurumuna mütraciət edə bilərlər.

Sakinlər məsələ ilə bağlı "Azərenerji" prezidenti Etibar Pirverdiyevə müraciət etmək niyyətindədirlər. Bu barədə şəbəkə rəhbərliyinə məlumat verilsə də, qurum rəsmiləri sakinlərin problemlərini həll etmək istəmədiklərini bildiriblər.

Kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az