Atası azərbaycanlı general Qarabağda erməni xüsusi təyinatıların təlimini izlədi...- FOTOLAR

Atası azərbaycanlı general Qarabağda erməni xüsusi təyinatıların təlimini izlədi...- FOTOLAR
Biz o torpaqlarda vaxtında əsl antiterror əməliyyatı keçirsəydik, bu gün belə mənzərələrin şahidi olmazdıq..."

Azərbaycan Respublikasının ermənilərə işğal etdirilmiş 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin Şuşada and içmiş yeni lideri Araik Arutyunyan  "milli təhlükəsizlik xidməti”nin direktoru general-mayor Kamo Ağacanyanın müşayiəti ilə həmin qurumun xüsusi təyinatlı dəstəsinin təlimlərini izləyib.

 
Moderator.az xəbər verir ki,  sosial şəbəkələrin erməni seqmentində yayılan məlumat və görüntülərə görə, təlim əsasən  xüsusi texniki vasitələrin köməyi ilə şərti "terror-diversiya qrupları” və "cinayətkarlar”ın zərərsizləşdirilməsi üzərində qurulub.

Xatırladaq ki, Moderator.az hələ iki il öncə o zaman qondarma rejimin "polis” rəisi olan general K.Ağacanyanın Xocavənd rayonunda doğulması və atasının azərbaycanlı olması haqda  məlumat yayıb(bax: https://www.moderator.az/news/327428.html)
P.S. Biz o torpaqlarda vaxtında əsl antiterror əməliyyatı keçirsəydik, bu gün əsəblərimizi tarıma çəkən belə mənzərələrin şahidi olmazdıq...

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az