Avqustun son gününə olan hava proqnozu

Avqustun son gününə olan hava proqnozu
Avqustun 31-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan aşağı - 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-70 %, gündüz  45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə  20-25°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az