Avropa Şurasından Sarkisyana XƏBƏRDARLIQ

Avropa Şurasından Sarkisyana XƏBƏRDARLIQ

Avropa Şurasının (AŞ) baş katibi Torbern Yaqland İrəvanda baş verən hadisələrdən narahatdır.

Miq.az azvision.az-a istinadən bildirir ki, bu barədə AŞ-ın yaydığı bəyanatda deyilib.

"Mən Avropa Şurasının üzvü olan Ermənistanda silahlı qrupun polis bölməsini ələ keçirməsi ilə bağlı yaranan hadisələrdən narahatlıq duyuram. Qanunların işlədiyi ölkələrdə bütün məsələlər demokratik normalara əsaslanan siyasi dialoq yolu ilə həll olunmalıdır.

Bununla əlaqədar tərəfləri demokratik normalara sadiq olmağa çağırıram. Demokratiya, insan haqları, qanunun aliliyi, dinc aksiyaların keçirilməsi hüququna riayət olunmalıdır", - deyə AŞ sədrinin yaydığı bəyanatda bildirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az