Çavuşoğlu: Azərbaycan buna imkan yaratdı

Çavuşoğlu: Azərbaycan buna imkan yaratdı

Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda sülh imkanı yarandı. Hərtərəfli sülh sazişi üçün danışıqlar davam edir.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə Ketrin Kolonna ilə görüşündə bildirib.

Çavuşoğlu həmçinin Ketrin Kolonnanı Fransadakı türk və müsəlman icmalarının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri görməyə çağırıb.

"Fransadakı türk və müsəlman icmalarının məscid və dərnəklərinin təhlükəsizliyi üçün bütün lazımi tədbirlərin görülməsini gözləyirik”, – Çavuşoğlu qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az