Ayaz Əsgərov Qazaxda daşı-daş üstə qoymayıb-araşdırma

Ayaz Əsgərov Qazaxda daşı-daş üstə qoymayıb-araşdırma

2011-ci ilin oktyabr ayında Qazaxa yeni təyin olunan icra başçısı Ayaz Əsgərovun fəaliyyəti heç də özündən əvvəlki icra başçısı Rauf Hüseynovun fəaliyyətindən fərqlənmir.

Bu barədə “Vətəninfo.az”a daxil olan məlumatda bildirilir.

Məlumatda o da deyilir ki, ilk günlərdə rayonda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparacağını deyən icra başçısının yalanları artıq özünü göstərir. Belə ki, əhaliyə vədlər verən icra başçısı Ayaz Əsgərovun “islahat”ları rayondakı biznes şəbəkələrinə aylıq "tas" qoymaqdan ibarət olub. Həmçinin icra başçısı uzun mübarizədən və planlaşdırmadan sonra sahibkarları da “haqq yolu”na gətirə bilib. 

Məlumatda bildirilir ki, hətta A.Əsgərov yuxarı dairələri özünün işgüzar imicini yaratmaq və əhalinin gözünə kül üfürmək məqsədi ilə rayonun mərkəzində bəzi kosmetik işlər aparıb. Amma bu işlərin “üstü bəzək, altı təzək” olub. Yəni icra başçısı sadəcə bir neçə binanı rənglətdirməklə gözə kül üfürüb. Göstərmək istəyib ki, guya Qazaxda inkişaf var, iş gedir. 

Başçının bu addımları isə təbii ki, hər gün əhalini narazılığına səbəb olur. Çünki onlar deyirlər ki, şəhərdə həyata keçirilən söküntü işləri bir çox hallarda sahibkarların hüquqlarının pozulmasına gətirib çıxarır. İcra işçiləri isə hüquqlarını pozduqları sahibkarlardan rüşvət tələb edir.

Etibarlı mənbə "Vətəninfo.az"a  bildirir ki, bütün bunlara baxmayaraq Qazaxda baş verənlər heç kəsi maraqlandırmır. Rəhbərliyi isə yalnız öz şəxsi işləri və rayonda çevirə bildiyi böyük pullar maraqlandırır. Bu səbəbdən də Qazaxda vətəndaşların istismar olunması prosesi gedir və demək olar ki, bu artıq dözülməz şərait yaradıb. Vətəndaşların yuxarı dairələrə ünvanladıqları şikayətlər isə hələ də cavabsız qalır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az