Aygün Kazımova süpürgəçi işləyib-Etiraf

Aygün Kazımova süpürgəçi işləyib-Etiraf
Aygün Kazımovadan gözlənilməz etiraf: "Süpürgəçi işləmişəm"

Xalq artisti Aygün Kazımova özü ilə bağlı maraqlı etiraf edib. 

Miq.az axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" verilişində qonaq olan müğənni vaxtilə Suraxanıda Maşınqayırma Zavodunda süpürgəçi kimi işə düzəldyiyini deyib. A.Kazımova vaxtilə işlədiyi zavodun ansamblının bədii rəhbəri Nigar xanımla studiyada görüşdükdən sonra bu haqda danışıb:
 
"Məktəbdə oxuyanda Suraxanıda Maşınqayırma Zavodunda işə düzəlmişəm. Orada çox gözəl ansambl var idi, Nigar xanım da bədii rəhbəri olub. Məhz o ansamblda çıxış edə bilmək üçün 1985-ci ildə ora süpürgəçi kimi işə düzəldim. Hətta 60 manat maaş da alırdım. Zavodun solisti olmaq üçün mütləq orada işə düzəlməli idim. Ancaq maşınqayırma zavoduna süpürgəçidən başqa nəçi kimi işə düzələ bilərdim ki? Nigar xanım orada məni iş görməyə qoymurdu. Zavodu süpürmürdüm, yalnız oxuyurdum. O, mənə gözəl paltarlar tikirdi. "Novruz gəlir, yaz gəlir" mahnımı ifa etdiyim zaman geyindiyim, başımda səməni olan libası mənə Nigar xanım tikmişdi".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az