Aynur “Evdəyik”lə bir başqa dünyadı...

Aynur “Evdəyik”lə bir başqa dünyadı...

O, Ayın nurunda islanaraq bənizinə hopdurub Ayın nurunu. Həmin nur təkcə onun bənizinə deyil, həm də ruhuna, daxilinə köçüb. Bəlkə elə Ayın nurunda bu qədər islandığından nur təcəssümü kimi insanların qəlbinə hopub, tamaşaçıların sevimlisinə çevrilib. Ayı, nuru özünə qataraq efirimizin Ay Nuruna çevrilən aparıcı Aynur Hacıyevadan gedir söhbət. Tamaşaçıların ANS kanalının efirində yayımlanan “Evdəyik” verilişinin aparıcısı Aynur Hacıyeva...


Teleməkanda aparıcılar çoxdu. Hər birinin də öz ətri var. Aynur xanım səmimiyyəti ilə seçilən aparıcılardandır. O, digərlərindən fərqli olaraq maskalanmağı sevmir və bacarmır. Necə var, olduğu kimi tamaşaçıların görüşünə gəlir. Riyakar deyil, paxıllıq, qibtə hissi bu xanıma yaddır. Aynur Hacıyeva dinamik bir aparıcıdır. Aparıcı olaraq efirdə hərəkət dinamikası güclüdür. Hər bir mövzu ilə bağlı fikirlərini tamaşaçılarla paylaşa bilir. Aynur Hacıyevanın aparıcılığında bəzəndiyim ən müsbət xüsusiyyətlərdən biri odur ki, ekspertləri seçmir, fərq qoymur, hamıya eyni cür yanaşır, hörmət edir. Aparıcı efirdə olduğu zaman kəsiyində vaxtdan səmərəli istifadə edir və çalışır ki, bu vaxt ərzində qoyulan mövzunun bütün şaxələrini əhatə edə bilsin. Aparıcılıq təcrübəsi olduğundan buna nail ola bilir. Verilişin redaktoru tanınmış aparıcı-telejurnalist Zabir Əliyev, rejissoru isə rejissurasının vurğunu olduğum Kənan Mustafayevdir. Həftə içi beş günefirə gedən “Evdəyik” verilişi təkrarçılığa yol vermir, bütün sənət adamlarına yer ayırır. Eyni zamanda mətbəximizə, milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə, dəb və zövqə yer ayrılır. Peşəkar bir kollektivin məhsulu olan “Evdəyik” verilişi evlərimizin sevilən qonağıdır. Veriliş tamaşaçını yormur, onlarla ikrah hissi yaratmır, tamaşaçı zövq alır. Arzu edirik ki, Ayın nuruna qərq olan Aynur Hacıyeva hər zaman nur olaraq efirimizə Ayın nurunu çiləsin. Sənə uğurlar, əziz dostum.


Alim Nəbioğlu

Araz Hacıyev

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az