“Azəravtoyol”: Problem yollarda deyil, sürücülərdədir

“Azəravtoyol”: Problem yollarda deyil, sürücülərdədir
"Hazırda paytaxtda heç bir yol buz bağlamayıb. Səhər saatlarında bəzi yollarda problem yaranmışdı, onlar da aradan qaldırılıb”.

Bunu Publika.az-a "Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
O, yollarda müşahidə edilən sıxlığı sürücülərin qış rejiminə hazır olmaması ilə əlaqələndirib: "Hazırda bütün yollar açıqdır. Sadəcə sürücülər bu cür havaya hazır deyil. Onlar ya köhnə avtomobillərlə yola çıxır, ya da nəqliyyat vasitələri qış rejiminə uyğunlaşdırılmayıb. Ona görə də yolda hərəkət edə bilmirlər, nəticədə sıxlıq yaranır. Biz səhər saatlarından yollarda müşahidələr aparırıq. Bəzi ərazilərdə buzlaşma var idi, onlar da aradan qaldırılıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az