Azərbaycan Baş prokurorunun keçmiş 1-ci müavini təkbaşına aksiya keçirir

Azərbaycan Baş prokurorunun keçmiş 1-ci müavini təkbaşına aksiya keçirir

AXC hakimiyyəti dövründə Azərbaycan Baş prokurorunun 1-ci müavini olmuş İbrahim Tatıyev bu gün Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, İbrahim Tatıyev Ukraynanın "müsəlman icmasına qarşı təqiblərin dayandırılmasını” tələb edib. Onun videomüraciəti YouTube-də yerləşdirilib.

Tatıyev ukrayna, rus və ingilis dillərində yazılmış plakatlar tutaraq Təhlükəsizlik Xidmətinin binasının əsas giriş qapısı ağzənda dayanıb, periodik olaraq plakatları dəyişib. Onun qaldırdığı plakatlarda "SBU-KQB?”, "SBU millətlərarası münaqişəni qızışdırır”, "SBU-Rusiyanın dəyirmanına su tökdüyün bəsdir!” sözləri yazılıb.

"Mənim məqsədim vətəndaş cəmiyyətinin diqqətini Ukrayna Təhlükəsizlik Xidmətinin tamamilə demokratik, patriotik təşkilat olan Kiyev İslam Mədəniyyət Mərkəzinə qarşı qanunsuz hərəkətlərinə cəlb etməkdir”-hazırda Kiyevdə vəkillik fəaliyyəti ilə məşğul olan Tatıyev bildirib.

İbrahim Tatıyev Kiyevdəki Şevçenko adına Milli Universiteti bitirib, hüquqşünasdır, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Baş prokurorunun müavini və 1-ci müavini işləyib. 1993-cü ilin iyununda Gəncədə baş vermiş hadisələri araşdıran deputat-istintaq komissiyasının rəyində Tatıyev AXC-nin digər liderləri və vəzifəliləri ilə bərabər günahkarlar sırasında göstərilir.

Martın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Kiyevdəki İslam Mədəniyyət Mərkəzinə məxsus kitab mağazasının qapılarını sındırıblar və oradan "qadağan olunmuş ədəbiyyat” götürüblər. Ukrayna müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmagilov bu axtarışı "təxribat” adlandırıb.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az