Azərbaycan bayrağı Ermənistanda TREND OLDU - FOTO

Azərbaycan bayrağı Ermənistanda TREND OLDU - FOTO
Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Pərdəşünas sosial şəbəkədə maraqlı hadisəni izləyicilərlə bölüşüb.

"Yeni Sabah” xəbər verir ki, onun sözlərinə görə, Ermənistan istifadəçilərinin Twitter (X) platformasında Azərbaycana qarşı etiraz məqsədilə apardığı kampaniya gözlənilməz nəticə verib.

"Etiraz mesajlarında ‘Azərbaycan’ sözünü yazmaq əvəzinə simvol limitinə görə ???????? bayraq emojisini istifadə ediblər. Bu isə Twitter-in alqoritmi tərəfindən Azərbaycan bayrağını Ermənistan üzrə trendin zirvəsinə çıxarıb. Maraqlı, təsadüfi və simvolik bir hadisədir. Dünən #AzərbaycanaSanksiya yazanlar, bu gün fərqində olmadan öz trendlərində Azərbaycan bayrağını dalğalandırıblar”.

Sosial media alqoritmləri və emosional kampaniyaların bəzən necə əks nəticə verdiyinin daha bir nümunəsi kimi dəyərləndirilən bu hadisə, virtual mübarizənin də nə qədər diqqət tələb etdiyini göstərir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az