“Azərbaycan bayrağı qadağan edilsin” – Rusiyalı deputatdan çağırış

“Azərbaycan bayrağı qadağan edilsin” – Rusiyalı deputatdan çağırış
"Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov Rusiyada xarici bayraqların istifadəsinin məhdudlaşdırılmasını təklif edib.

Bakupost.az xəbər verir ki, Mironovun fikrincə, digər dövlətlərin rəsmi simvollarının nümayişi tez-tez diasporlar tərəfindən yerli əhaliyə qarşı özlərini fərqləndirmək və millətlərarası ədavəti qızışdırmaq məqsədilə istifadə olunur:

"İstənilən şəxs, istənilən yerdə istənilən dövlətin, istər Ukraynanın, istər ABŞ-nin, istərsə də Azərbaycanın bayrağını və ya gerbini asa bilər. Bu, qanunla qadağan olunmayıb. Ancaq bu fürsətdən Rusiyada yaşayıb, ölkə ilə ortaq birliyi hiss etməyən, əvəzində başqa bir ölkə ilə, onun dəyərləri və məqsədləri ilə həmrəyliyini vurğulayan insanlar istifadə edir”.

Qeyd edək ki, Mironov bundan əvvəl Moskvadakı bazarlarda diaspor nümayəndələrinin yoxlanılmasını da təklif etmişdi. O, baş prokuror İqor Krasnova müraciət edərək diasporlar və onlarla əlaqəli strukturların, o cümlədən Moskvanın ən iri bazarları olan "Sadovod" və "Food City"nin yoxlanmasını xahiş etmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az