Azərbaycan dili ilə bağlı bütün iddiaları DAĞIDAN tarixi kitab üzə çıxıb- FOTOLAR

Azərbaycan dili ilə bağlı bütün iddiaları DAĞIDAN tarixi kitab üzə çıxıb- FOTOLAR

Araşdırmaçı jurnalist Rizvan Hüseynov Azərbaycan tarixi ilə bağlı unikal bir kitabı üzə çıxarıb.

Vətəninfo.az “Strateq.az”-a istinadən  bildirir ki, 1890-cı ildə Peterburqda Albert Straçevskinin müəllifliyi ilə çap olunmuş “Bizim qonşular. Sərhədçilər üçün tərcümə vəsaiti” kitabında Rusiya ilə qonşu olan 12 müxtəlif xalqların danışdığı 12 dil göstərilib. Hər dil üzrə 2000 lazım olan söz onun rus dilində qarşılığı ilə verilib.

Kitabda 12 dil əks olunub: Bunlar Azərbaycan dili, qərbi-kürd dili, şərqi –kürd dili, Gilan dialekti, Mazandanan dialekti, əfqan, monqol, mancur,  Koreya  dili və bir neçə digər dilləridir.

Kitabda birinci olaraq Azərbaycan dili gəlir. Kitabı tərtib edən rus müəllif başlığa nə "tatar" nə də başqa söz deyil "Azərbaycan dili" yazıb. Bu nadir kitab erməni qonşularımızın tariximizlə bağlı təhriflərinə qarşı ciddi subutdur. Çünki ermənilər və onlara züy tutan bəzi elmi dairələr 19-cu əsrdə “Azərbaycan dili” və “azərbaycanlı” anlayışının olmadığını idda edərək bu adın guya 20-ci əsrin ortalarında formalaşdığını vurğulayırlar.

Rus jurnalisiti və Avropa, Şərq dilərinin mahir bilicisi olan  Albert Starkovski  Sankt-Peterburq Universitetinin hüquq fakultəsini bitirib. Rus tarixi ilə bağlı bir sıra nadir əlayzmaların rus dilinə tərcüməsini edib.  1848-1853-cü illərdə Starçevski “Ensklopedik sorğu lüğəti”ni redaktə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az