Azərbaycan hansı halda F-16 ala bilər? - Ekspert

Azərbaycan hansı halda F-16 ala bilər? - Ekspert
ABŞ-dan birbaşa F-16 qırıcıları almağımız mümkün deyil. Həmçinin bu qırıcıların üçüncü ölkələrə satışı da yalnız ABŞ-ın icazəsi ilə mümkündür. Bu səbəbdən nə İsrail, nə də Türkiyə, istəsələr belə, ABŞ-ın razılığını almadan, bu qırıcıları Azərbaycana verə bilməzlər.

Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Azərbaycanın F-16 döyüş təyyarələri əldə etməsinin mümkünlüyü haqqında danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycanın digər alternativləri var:

"Pakistan istehsalı "JF Tunder -17” təyyarələri bu gün bizim üçün daha əlçatandır. Çünki Pakistanla əlaqələrimiz qardaşlıq səviyyəsindədir, hərbi tərəfdaşlığımız var və İslamabad bu qırıcıların Azərbaycana satılmasına razıdır. O yöndə müzakirələr də gedib. JF-17-lər taktiki-texniki xüsusiyyətlərinə görə ehtiyaclarımızı ödəyə bilən döyüş təyyarələrindəndir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az