Azərbaycan hücum etsə... – Tonoyandan yeni sərsəmləmə

Azərbaycan hücum etsə... – Tonoyandan yeni sərsəmləmə

Erməni hücum dəstələri düşmənin arxasında xaos yarada bilərlər.

Axar.az xəbər verir ki, bunu "Mediamaks”a müsahibəsində Ermənistan Müdafiə naziri David Tonoyan deyib. O, provokasiya olacağı təqdirdə Azərbaycan ərazisində qarşı-qarşıya gələcəklərini bildirib.

Tonoyan Azərbaycanın bir nöqtədə provokasiyaya yol verəcəyi təqdirdə "erməni ordusunun bir neçə nöqtəyə zərbə endirəcəyini” söyləyib.

Müdafiə naziri İrəvanın Rusiyadan çoxfunksiyalı hərbi təyyarələr almasının Azərbaycana assimetrik cavab olduğunu deyib.

O, Ermənistan əhalisinin Azərbaycanın təsir dairəsinə düşdüyünü söyləyib:

"Azərbaycana elə gəlir ki, qələbə və ərazilər barədə danışıqlar onun monopoliyasındadır. Bu cür monopoliya onlarda yoxdur və olmayacaq”.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az