Azərbaycan kəşfiyyatı Şahramanyanı Şuşaya apardı... - Yeni detallar

Azərbaycan kəşfiyyatı Şahramanyanı Şuşaya apardı... - Yeni detallar
Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş "nazir"lərindən olan Hayk Xanumyan diqqətçəkən iddia ilə çıxış edib.

Miq.az Publika.az-a istinadən xəbər verir ki, separatçı əsas danışıqların Yevlaxda yox, Şuşada keçirildiyini deyib.

Onun iddiasına görə, Yevlaxda sadəcə görüntü idi, əsl proses Şuşada Şahramanyanla Azərbaycan xüsusi xidmət orqanları arasında baş verib.

Bu iddia o qədər də təəccüblü deyil. Şahramanyan da antiterror tədbirləri zamanı Azərbaycanın mərkəzi hakimiyyətinin səlahiyyətli nümayəndəsi ilə təmas qurduğunu, Bakının tələblərini qəbul etdiyini açıqladı. İstisna deyil ki, bu təmaslar Şuşada qurulub və Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri separatçıların nə etməli olduqlarını diktə edib.

Şahramanyanın açıqlamasından da belə nəticə çıxır ki, ona konkret tələblər təqdim olunub, o da bu tələblərin hamısını yerinə yetirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az