Bu ilin 26 may tarixində Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədi ilə Səfirlik tərəfindən Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatı keçirilib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən manqal salatı, qutab, şah plov, ləvəngi, paxlava və Azərbaycanın digər məhşur mətbəx nümunələri hazırlandı.
Adıçəkilən tədbirdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliya Senatında Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Kristovam Buarke, Braziliya Deputatlar Palatasında Braziliya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və Braziliya parlamentinin çoxsaylı üzvləri iştirak ediblər. Braziliyalı parlamentarlar Azərbaycan milli yeməkləri ilə tanış olduqdan sonra, milli mətbəximizin zənginliyindən təəssüratlandıqlarını bildiriblər.
Tədbirin uğurunu nəzərə alaraq, Braziliya tərəfi gələcəkdə yenidən Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı Səfirliyə müraciət etdi.
Tədbir keçirilən zalın qarşısında Azərbaycana həsr olunmuş banerlər quraşdırıldı və iştirakçılara ölkəmizin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanıldı.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?