"Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları"

 
Mətbuatının yaranmasının 140-cı ildönümünə həsr olunmuş silsilə yubiley tədbirləri davam etdirilir. Vətəninfo.az  xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans işə başlayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ­Bakıda fəaliyyət göstərən 20-dək qəzetin baş redaktorları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Masallı rayonundakı abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Masallı rayon "Halay" folklor ansamblı və yeniyetmələrdən ibarət rəqs qrupunun ifasında musiqi nömrələrinə tamaşa ediblər. Tədbirin bədii hissəsi başa çatdıqdan sonra konfrans öz işinə başlayıb. 
Konfransı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamlayaraq milli mətbuatın 140 illik yubileyi ilə əlaqədar onları təbrik etdi. Yubiley tədbirinin Masallı rayonunda keçirilməsinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna minnətdarlığını ifadə edən R. Hüseynov mətbuta dövlət qayğısından da söz açıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az