Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayır

Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az